• Bakı 7° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İsrailin baş naziri vəzifədən gedir

DÜNYA

29 Iyun 2022 | 22:30 | Müəllif: Subhan Mahmudov

İsrailin baş naziri vəzifədən gedir

İsrailin baş naziri Naftali Bennet qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, baş nazirin yaxın vaxtlarda mətbuata açıqlama verəcəyi gözlənilir.

İsrail parlamenti özünün buraxılması haqqında qanun layihəsini yekun oxunuşda qəbul etməlidir.

Qeyd edək ki, iyunun 20-də Naftali Bennett və xarici işlər naziri Yair Lapid növbəti seçkilərə qədər koalisiya sazişi çərçivəsində Knessetin buraxılması və kabinet rəhbərinin səlahiyyətlərinin xarici işlər nazirinə verilməsi barədə razılığa gəliblər. İyunun 22-də parlament özünün buraxılması haqqında qanun layihəsinə ilkin oxunuşda səs verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026