Gürcüstanın Qudauri kurort zonasında helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında bildirib.
Nazir qəza nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib.
Qeyd edib ki, həlak olanlardan altısı Gürcüstan DİN-in əməkdaşı, iksisi isə tibb işçisi olub.
Vaxtanq Qomelauri qəzanın səbəblərinin hələ ki dəqiq bilinmədiyini, lakin araşdırmaların aparıldığını deyib.
***
Gürcüstanın Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopter idarəetməni itirərək qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nzirliyindən (DİN) bildirilib.
İlkin məlumatlara əsasən, helikopterdə 5 nəfər - iki pilot və üç xilasedici olub.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
DİN daha ətraflı məlumat yayacaq.
Qeyd edək ki, helikopter Qudauriyə paraplanın qəzaya uğraması nəticəsində xəsarət alanların xilas edilməsi üçün yollanıb.
















