• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Rusiyada saxlanılan amerikalıları azad edin" - Blinkendən Lavrova ÇAĞIRIŞ

DÜNYA

29 Iyul 2022 | 21:28

"Rusiyada saxlanılan amerikalıları azad edin" - Blinkendən Lavrova ÇAĞIRIŞ

ABŞ Dövlət Katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Bakıvaxtı.az “Associated Press“ə istinadən xəbər verir ki, bu barədə E. Blinken məlumat verib. O, bildirib ki, söhbət zamanı qarşı tərəfi Rusiyada saxlanılmış iki amerikalı - Paul Uilan və Britani Qrinerin azad edilməsinə çağırıb. Dövlət katibi Blinken S.Lavrovun cavabının detallarını açıqlamayıb.

Qeyd edək ki, Blinken daha əvvəl saxlanılmış amerikalıların azad edilməsi üçün Rusiyaya vacib təklif çağırışı edib.

Sözügedən təklif ABŞ-da həbsdə olan rusiyalı silah taciri Viktor Bout ilə saxlanılmış amerikalıların dəyişdirilməsi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR