• Bakı 20° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

İsrailin daha iki hərbçisi öldü

DÜNYA

17 Yanvar 2024 | 09:42

İsrailin daha iki hərbçisi öldü

Qəzza zolağının şimalındakı döyüşlərdə İsrail Müdafiə Ordusunun daha iki hərbçisi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Məlumata görə, döyüşlərdə ölənlər ehtiyatda olan gizirlər - 32 yaşlı Zaxariya Pesax Xaber, o biri isə 34 yaşlı Yair Katsdır.

Bildirilib ki, bununla da oktyabrın 31-dən yanvarın 17-dək Qəzza zolağında döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 192-yə yüksəlib. Oktyabrın 7-dən - HƏMAS İsrailə hücum edəndən indiyədək ölən israilli hərbçilərin sayı isə 526-ya çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR