Yanğın İstanbul Tuzla Hərbi Piyadə Məktəbi şəhərciyinin 41-ci Təmir Müdirliyinin Ar-Ge şöbəsində yerləşən sursat anbarında baş verib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində baş verən partlayışdan dərhal sonra yanğın başlayıb.
Türkiyə Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarət altına alınıb. Hadisədə ölən və yaralanan olmayıb. Partlayışın səbəbi araşdırılır.
















