Hindistanın Assam əyalətinin Barpeta rayonunda tornado baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bölgə sakinləri tornado ilə bağlı böyük təşviş yaşasa da, təbii fəlakət zamanı ölən və yaralananlarla bağlı səlahiyyətlilər hələlik açıqlama verməyib.
Hindistan Meteorologiya Departamenti yaxın 5 gün ərzində Hindistanın şimal-şərqində leysan yağışının olacağını bildirib.
















