• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna ordusu Rusiya sərhədinə irəliləyir

DÜNYA

06 Iyun 2022 | 21:22 | Müəllif: Subhan Mahmudov

Ukrayna ordusu Rusiya sərhədinə irəliləyir

Xarkov istiqamətində rus qoşunları Ukrayna bölmələrinin sərhədə doğru irəliləməsini dayandırmağa və ərazini minalamağa çalışır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında bildirilib.

“Seversk istiqamətində, Bryansk və Kursk vilayətlərinin sərhədyanı ərazilərində düşmən Qərb Hərbi Dairəsinin 20-ci Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı hissələrini saxlayır. Həmçinin Bryansk vilayətində dövlətimizlə dövlət sərhədinə yaxın ərazidə düşmənin artilleriya bölmələri var”, - Qərargahın məlumatında qeyd olunub.

Bundan əlavə, Slobojanski istiqamətində Rusiya Xarkov şəhərinin şimalındakı sərhəd rayonlarında döyüş əməliyyatlarını davam etdirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026