• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna qoşunları bu şəhəri tərk edəcək? - Zelenskidən AÇIQLAMA

DÜNYA

06 Iyun 2022 | 21:36 | Müəllif: Subhan Mahmudov

Ukrayna qoşunları bu şəhəri tərk edəcək? - Zelenskidən AÇIQLAMA

Severdonetsklə bağlı qərar vəziyyətin inkişafından asılı olaraq veriləcək, bu, asan deyil, lakin Ukrayna hərbçiləri öz mövqelərini saxlayırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Dünən Zaporojye, Donetsk və Luqansk vilayətlərində Ukrayna qoşunlarının ön mövqelərinə baş çəkdiyini deyən Zelenski şərqdə vəziyyətin ağır olduğunu vurğulayıb:

“Biz vəziyyəti Severodonetsk istiqamətində saxlayırıq. Onların sayı daha çoxdur, daha güclüdürlər, amma bizim bu istiqamətdə mübarizə aparmaq üçün hər şansımız var”.

Prezident əhalinin 10-15%-nin Severodonetskdə qaldığını qeyd edib və əlavə edib ki, Luqansk vilayətinin Lisiçansk şəhərində də oxşar vəziyyət var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026