"Omikron"un 3 yeni alt variantı yoluxuculuğuna görə ÜST-ün diqqətini çəkib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, BA.4, BA.5 (yeni Cənubi Afrika “omikron”ları) və BA.2.12.1 (Nyu-York versiyası) koronavirus altversiyaları dünyada yayılmaqdadır.
Qeyd olunub ki, bu, COVID-19 infeksiyasının yenidən artımasına səbəb ola bilər.
Məlumata görə, BA.2.12.1 variantı ABŞ-da çox sürətlə yayılır və ümumiyyətlə, virusun ən sürətlə yayılan variantı hesab olunur. Nyu-York, Nyu-Cersi və Konnektikut ştatlarında bu ştam artıq dominant sayılır və onun yalnız bu ərazi ilə məhdudlaşması ehtimalı azdır.
Yeni variantlar kütləvi immunitet üçün problemə çevrilə bilər, çünki onlar gücləndirici peyvəndin effektivliyini şübhə altına alır.
Nuranə Daxilqızı
















