• Bakı 19° C

    2.28 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədə NATO təlimləri keçiriləcək

DÜNYA

07 Iyun 2022 | 00:21 | Müəllif: Subhan Mahmudov

Türkiyədə NATO təlimləri keçiriləcək

İyunun 20-dən 28-dək Türkiyədə NATO-nun Ramstein Dust II-2022 (RADU II-22) hərbi təlimləri keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Şimali Atlantika Alyansının yerləşdirmə və hazırlıq üzrə manevrləri Türkiyənin Konyadakı 3-cü əsas raket bazasının komandanlığının bazasında təşkil olunacaq.

Təlim Konya bazasında hava əməliyyatları texnikaları baxımından unikal öyrənmə fürsəti verən beynəlxalq Anadolu Qartalı 2022 təlim kursu ilə birlikdə həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR