• Bakı 7° C

    2.16 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə və Lüksemburq arasında siyasi məsləhətləşmələr keçiriləcək

DÜNYA

06 Iyul 2022 | 23:02 | Müəllif: Subhan Mahmudov

Türkiyə və Lüksemburq arasında siyasi məsləhətləşmələr keçiriləcək

Sabah Türkiyə və Lüksemburq arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu məqsədilə Türkiyə xarici işlər nazirinin müavini və Avropa İttifaqı məsələləri üzrə səfir Faruk Kaymakcı iyulun 7-də Lüksemburqa səfər edəcək.

O, səfər çərçivəsində Lüksemburq rəsmiləri ilə görüşəcək, iki ölkə arasında münasibətlərin bütün aspektlərini müzakirə edəcək.

Eyni zamanda görüşlərdə Türkiyə - Avropa İttifaqı əlaqələri, aktual regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR