• Bakı 9° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İstanbulun içməli su ehtiyatı kəskin azaldı

DÜNYA

05 Noyabr 2023 | 18:19 | Müəllif: Subhan Mahmudov

İstanbulun içməli su ehtiyatı kəskin azaldı

Bu il İstanbulda yağıntıların azalması nəticəsində şəhəri içməli su ilə təmin edən on hövzənin üçündə doluluq səviyyəsi 3, digər yeddisində isə 20 faizədək azalıb.

Bakıvaxtı.az xəbər verir ki, yaranan vəziyyətin səbəbi kimi şəhərin son illərin ən böyük quraqlıqlarından biri ilə üzləşməsi, uzun illər ərzində yağıntıların orta səviyyədən aşağı düşməsi və temperaturun iqlim normasından çox olması göstərilir.

İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatına əsasən, şəhərin əsas su rezervuarlarından olan Büyükçekmece gölü də quraqlığın ciddi təsirlərinə məruz qalıb. Belə ki, göldə ötən ilin eyni dövründə 46,64 faiz olan suyun həcmi bu il 3,97 faizə düşüb. Bu, son 11 ilin ən aşağı göstəricisidir.

Mütəxəssislər yaranmış vəziyyətlə əlaqədar istanbulluların suya qənaət edərək, gündəlik istifadəni üç dəfə azaltmağı məsləhət görürlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR