• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Bu ölkədə bir ayda 900-ə yaxın insan KORONADAN ÖLDÜ

DÜNYA

05 Dekabr 2023 | 17:45

Bu ölkədə bir ayda 900-ə yaxın insan KORONADAN ÖLDÜ

İtaliyada son bir ay ərzində təxminən 900-ə yaxın insan COVID-19-un qurbanı olub.

Bakıvaxtı.az xəbər verir ki, Gimbe Fondunun məlumatına görə, ötən üç həftədə ölkədə COVID-19 infeksiyasına yoluxma halları 94 faiz, xəstəxanaya müraciət edənlərin sayı isə 58 faiz artıb. Bir ay ərzində 881 ölüm faktı qeydə alınıb və artım demək olar ki, iki dəfəyə yaxındır.

Koronavirus qurbanları əsasən yaşı 80-dən yuxarı olan şəxslərdir. Virusa həftəlik yoluxma sayı isə 100 min nəfərə yüksəlib.

İtaliyada koronavirusun “Omikron” ştamının alt variantları olan EG.5 (digər adı “Eris”) və BA.2.86 “Pirola” sürətlə yayılır. Vaksinasiya nisbətləri isə ölkə üzrə məqbul səviyyədə deyil. 2023/2024 payız-qış mövsümündə 1 milyon 42 min 541 doza peyvənd tətbiq edilib. Mütəxəssislərin fikrincə, bu, çox aşağı göstəricidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR