• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə XİN İranda baş verən terror aktını pislədi

DÜNYA

04 Yanvar 2024 | 17:21 | Müəllif: Subhan Mahmudov

Türkiyə XİN İranda baş verən terror aktını pislədi

Türkiyə Xarici İşlər Nazirliyi İranın Kirman şəhərində baş verən terror aktını pisləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub.

"İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - açıqlamada bildirilib.

Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində iki partlayış baş verib, nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026