• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Polis evin qarajında köhnə nüvə raketi tapdı - DETALLAR
 

DÜNYA

03 Fevral 2024 | 13:51

Polis evin qarajında köhnə nüvə raketi tapdı - DETALLAR

ABŞ-da Vaşinqton əyalət polisi şikayət əsasında bir evin qarajında köhnə və paslanmış nüvə raketi tapıb.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin Ohayodakı Milli Muzeyi qeyri-adi ianə təklifi barədə məlumat vermək üçün Bellevue şəhər polisinə zəng etdikdən sonra tədbir görülüb.

Bunun üzərinə polis raketi muzeyə bağışlamaq istəyən şəxsin evinə bomba zərərsizləşdirmə qrupu göndərərək boş vəziyyətdə olan raketin nüvə raketi olduğunu bildirib.

Polis tapılan cihazın əvvəllər MB-1 kimi tanınan Douglas AIR-2 Genie tipli nüvə başlığı daşımaq üçün nəzərdə tutulmuş havadan havaya idarə olunmayan raket olduğunu bildirdi. Polis raketin heç bir döyüş başlığı olmadığı üçün təhlükə yaratmadığını bildirib. Raketin sahibi polisə bildirib ki, raketi mərhum qonşusundan alıb.

“Seattle Times” qəzetinin yazdığına görə, raket soyuq müharibə dövründə ABŞ və Kanada tərəfindən istifadə edilib. İlk və yeganə atışı 1957-ci ildə həyata keçirilən raketin istehsalı 1962-ci ildə başa çatıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR