• Bakı 12° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

İsveç nüvə silahının qadağan edilməsinə qarşıdır

DÜNYA

29 Yanvar 2024 | 16:38

İsveç nüvə silahının qadağan edilməsinə qarşıdır

İsveç Müdafiə NazirliyiYaşıllar Partiyasının ölkə ərazisində nüvə silahının yerləşdirilməsinin qadağan edilməsi ilə bağlı təklif etdiyi qanuna qarşı çıxıb.

Bakıvaxtı.azxəbər verir ki, bu barədə İsveçin "SVT" telekanalı məlumat yayıb.

“Birləşmiş Ştatlardan, Böyük Britaniyadan və Fransadan İsveçdə nüvə silahı yerləşdirmək üçün heç bir müraciət olmayıb” deyən ölkənin müdafiə naziri Pol Conson qonşu Norveç və Danimarkanın da bununla bağlı qanuni qadağası olmadığını bildirib.

Qeyd edək ki, İsveç NATO-ya qoşulmazdan əvvəl yerli Yaşıllar Partiyası ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən qanunun qəbulu təşəbbüsü ilə çıxış edib. Yaşıllar Partiyasının müdafiə sözçüsü Emma Berginger bunun İsveçin münaqişə vəziyyətində nüvə zərbələri üçün hədəfə çevrilməməsini təmin etmək üçün lazım olduğunu deyib.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026