• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İsveçdən Bakıya 50-yə yaxın "Malmö" azarkeşi gələcək

İDMAN

01 Oktyabr 2024 | 13:23

İsveçdən Bakıya 50-yə yaxın "Malmö" azarkeşi gələcək

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq “Qarabağ” - “Malmö” matçını izləmək üçün İsveçdən Bakıya 50-yə yaxın azarkeş gələcək.

Bu barədə Bakıvaxtı.az-a “Qarabağ”ın mətbuat katibi Anar Hacıyev məlumat verib.

Klub rəsmisi "Malmö"nün Bakıya səfər planı haqqında danışıb:

“Malmö” klubu bu gün axşam Bakıya gələcək. Rəqibin mətbuat konfransı və açıq məşqi barədə artıq məlumat verilib. İsveçdən çox sayda azarkeşin gələcəyi gözlənilmir. Yəqin ki, sayları 50 nəfərə yaxın olacaq. Çünki xüsusi şəkildə bizə müraciət etməyiblər. Həmçinin iki jurnalist və öz media komandalarını gətirəcəklər”.

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşünün stgart fiti oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda səslənəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026