• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İt 3 yaşlı uşağa ağır xəsarət yetirdi

HADİSƏ

22 May 2022 | 15:26

İt 3 yaşlı uşağa ağır xəsarət yetirdi

Zaqatalada it 3 yaşlı uşağa ağır xəsarət yetirib.

Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəhmətli kəndində baş verib.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Qurbanov Adəm Cəlil oğlu sol göz nahiyəsinin və çənənin açıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 3  yaşlı Adəm Qurbanova səhər saatlarında yaşadığı ünvanda öz həyətlərindəki itin qəfildən hücum edərək xəsarət yetirdiyi məlum olub.

Ona lazımı tibbi yardım göstərilib, quduzluğa qarşı  peyvənd vurulduqdan sonra evə buraxılıb. Lakin uşağın müalicəsi üçün Bakı şəhərinə aparılaraq daha yüksək ixtisaslı həkimə müraciət etmələri məsləhət görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026