• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Polis əməliyyat keçirdi - Elmin Əliyev saxlanıldı (FOTO)

HADİSƏ

21 Iyun 2022 | 10:02

Polis əməliyyat keçirdi - Elmin Əliyev saxlanıldı (FOTO)

Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər įnəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şorabad kənd sakini Elmin Əliyevi saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin meşə zolağında əkib yetişdirdiyi külli miqdarda yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Polis əməliyyat keçirdi - Elmin Əliyev saxlanıldı (FOTO)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026