Bakıda kafedə qətl törətməkdə təqsirləndirilən Akif Məcidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, doqquz il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən iyun ayında Bakının Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən kafelərin birində baş verib.
İttihama görə, Bakı şəhər sakini Akif Məcidov münaqişə zəminində paytaxt sakini Zaur Nemətova bıçaqla xəsarət yetirib. Nəticədə Z.Nemətov xəstəxanaya aparılarkən ölüb.
Akif Məcidov Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham irəli sürülüb.