• Bakı C

    1.08 m/s

  • USD - 1.7

    EUR - 1.7517

    RUB - 1.7594

Netanyahu HƏMAS-a vaxt qoydu: Fevralın 15-nə kimi...

DÜNYA

11 Fevral 2025 | 22:02

Netanyahu HƏMAS-a vaxt qoydu: Fevralın 15-nə kimi...

Fələstinin HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv döyüşləri bərpa edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək”, - o, hökumətin dörd saat davam edən iclasından sonra deyib.

Lakin Netanyahu İsrailin şənbə gününə qədər neçə girovu azad etməyi tələb etdiyini dəqiqləşdirməyib.


SON XƏBƏRLƏR

11 Fevral 2025