• Bakı 25° C

    12.38 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Japarov: Mərkəzi Asiya ölkələri arasında vizasız rejim tətbiq edilməlidir

DÜNYA

13 Mart 2025 | 19:31

Japarov: Mərkəzi Asiya ölkələri arasında vizasız rejim tətbiq edilməlidir

Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejim, turistlər üçün isə region boyunca sərbəst hərəkət imkanı verən vahid viza rejimi tətbiq etməlidir.

Bakıvaxtı.az Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bunu Prezident Sadır Japarov sosial şəbəkə hesabında bildirib.

"İndi Mərkəzi Asiya ölkələri öz aralarında vizasız rejimin, digər dövlətlərdən gələn qonaqlar üçün isə Şengen vizası kimi regionun bütün ölkələrində sərbəst hərəkət etməyə imkan verən vahid vizanın tətbiqinə başlamalıdır", - o qeyd edib.

S.Japarovun sözlərinə görə, 30 il ərzində sərhəd münaqişələrində hər iki tərəfdən minlərlə vətəndaş həlak olub, lakin bu gün Mərkəzi Asiyada "əbədi sülh bərqərar olub".


SON XƏBƏRLƏR

04 Iyul 2025