• Bakı 26° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Kosmosda anomal partlayış oldu

DÜNYA

11 Fevral 2025 | 19:10

Kosmosda anomal partlayış oldu

Beynəlxalq astronomlar qrupu kainatın uzaq fəzalarında qeyri-adi kosmik hadisəni qeydə alınblar. Alimlər bunun cırtdan ulduzun qara dəliyin təsiri altında partlaması olduğunu güman edirlər.

Bakıvaxtı.az bildirir ki, bu haqda məqalə "The Astrophysical Journal Letters (AJL)" nəşrində dərc olunub.

Şərti olaraq EP240408a adını alan hadisə ilk dəfə "Einstein Probe" teleskopu tərəfindən qeydə alınıb. İlk baxışdan o, standart qamma-şüalanmasının işartısını xatırladıb, ancaq davamlı aparan müşahidələr onun heç bir məlum kosmik hadisələr kateqoriyasına aid olmadığını göstərib.

Astronomlar güman edirlər ki, işartıya ağ cırtdanın orta-ölçülü qara dəlik tərəfindən parçalanması səbəb olub. Bu proses nəticəsində Yerə doğru yönəlmiş güclü maddə axını yaranıb.

"EP240408a qismən bir neçə fərqli hadisənin xüsusiyyətlərinə uyğun gəlir, lakin tam şəkildə onlardan heç birinə aid edilə bilməz", - deyə tədqiqatın aparıcı müəllifi, Karnegi-Mellon Universitetindən olan Brendan Okonnor bildirib./Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026