Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşini II Zayedin Birinci Dərəcəli Ordeni ilə təltif edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BƏƏ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, BƏƏ Prezidenti, Baş Nazirin müavini və Xarici işlər naziri bu ordeni ümumilikdə 10 səfirə ötən həftə təşkil edilən BƏƏ Səfirlərinin və Xarici Missiya Nümayəndələrinin 19-cu Forumu çərçivəsində təqdim edib.
Onların təltif edilmə səbəbi isə BƏƏ ilə fəaliyyət göstərdikləri ölkələr arasında güclü iqtisadi və ticarət tərəfdaşlığının inkişafında əhəmiyyətli rol oynamaları olub.