• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Bakıdakı “Rus Evi” adından yayılmış xəbərlərlə bağlı Rusiyadan AÇIQLAMA

DÜNYA

11 Fevral 2025 | 21:35 | Müəllif: Subhan Mahmudov

Bakıdakı “Rus Evi” adından yayılmış xəbərlərlə bağlı Rusiyadan AÇIQLAMA

Sosial şəbəkələrdə aksiyaya çağırışlarla əlaqədar Bakıdakı “Rus Evi” adından yayılmış xəbərlər dezinformasiyadır.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik “Bakıdakı Rus Evinə dəstək mitinqində” iştirakla bağlı poçt göndərişinin saxta olduğunu bəyan edib.

“Bu, saxta məlumat kütləvi auditoriyada emosional reaksiya yaratmaq üçün hazırlanmışdır. Söhbət yalançı bayraq əməliyyatı üslubunda məqsədyönlü və yaxşı planlaşdırılmış təxribatdan gedir", - Rusiya XİN-dən bildiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026