• Bakı 25° C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Qəzzada ölənlərin sayı AÇIQLANDI

DÜNYA

11 Fevral 2025 | 16:04

Qəzzada ölənlərin sayı AÇIQLANDI

Qəzzada ölənlərin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində xəstəxanalara 11 ölü və 10 yaralı daxil olub. Həyatını itirənlərdən 8-nin dağıntılar altından çıxarıldığı bildirilib.

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 48 min 219 nəfərə, yaralıların sayı isə 111 min 665 nəfərə yüksəlib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

12 Iyun 2025