• Bakı C

    1.67 m/s

  • USD - 1.7

    EUR - 1.7517

    RUB - 1.7594

Kazemiro karyerasını bu klubda davam etdirə bilər

İDMAN

11 Fevral 2025 | 17:46

Kazemiro karyerasını bu klubda davam etdirə bilər

İngiltərənin "Mançester Yunayted" klubunun braziliyalı yarımmüdafəçisi Kazemiro karyerasını ölkəsində davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçinin transferində “Flamenqo” maraqlıdır. İngiltərə təmsilçisi futbolçusunu icarəyə göndərməyə və onun maaşının bir hissəsini ödəməyə hazırdır.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi bu mövsüm Mançester klubunun heyətində 24 oyun keçirib və 3 qol vurub. Kazemironun "qırmızı şeytanlar"la müqaviləsinin müddəti 2026-cı ilə qədərdir. “Transfermarkt” futbolçunun transfer dəyərini 12 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR

11 Fevral 2025