COP29 Sədrliyi iqlim maliyyələşməsi çərçivəsində 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin səfərbər edilməsinin müzakirəsi üçün Dubayda keçirilən Dünya Hökumət Sammitində (WGS25) iştirak ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"COP29 Sədrliyi Dubayda keçirilən World Goverment Summit tədbirində iştirak edərək dünya liderləri və hökumətlərlə birlikdə bütün maraqlı tərəfləri COP29-un maliyyə hədəfinə nail olunması və tələb olunan 1,3 trilyon dolların səfərbər edilməsi üçün sıx əməkdaşlığa çağırır", - məlumatda qeyd olunub.