• Bakı 10° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kamran Əliyev İtaliyaya getdi

SİYASƏT

05 May 2022 | 09:20

Kamran Əliyev İtaliyaya getdi

İtaliyanın Baş prokuroru Ciovanni Salvinin dəvəti ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Palermo şəhərinə işgüzar səfər edib.

Baş Prokurorluqdan Bakıvaxtı.az-a verilən məlumata görə, səfər zamanı Kamran Əliyev Avropa Prokurorlarının Məşvərətçi Şurasının, İtalyanın Ədliyyə və Xarici İşlər Nazirliklərinin Avropa Şurası ilə birgə təşkil olunan Avropa Prokurorları Konfransında iştirak edəcək.

Konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026