Bakıda bir evdə tapança, digərində qumbara aşkarlanıb.
Bu barədə Bakıvaxtı.az-a DİN-dən bildirilib. Xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İ.Əliyevin yaşadığı mənzilə baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron, Cəbrayıl rayon sakini, əvvəllər məhkum olunmuş Y.Tanrıverdiyevin kirayədə yaşadığı evdən isə alışdırıcısı ilə birgə M75 tipli əl qumbarası aşkar edilərək götürülüb.
















