• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Hacıqabulda ağır qəza - 4 nəfər yaralandı

HADİSƏ

14 Mart 2022 | 23:44 | Müəllif: Subhan Mahmudov

Hacıqabulda ağır qəza - 4 nəfər yaralandı

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az report-a istinadən məlumatına görə, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Atbulaq kəndiindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Lada”, “Hunday” və “Mersedes” markalı avtomobillər zəncirvari qəzaya uğrayıb.

Qəza zamanı Ağdam rayon sakini, 1997-ci il təvəllüdlü Zaur Kərəm oğlu Həsənov, İmişli rayon sakini, 1998-ci il təvəllüdlü Kənan Əjdər oğlu Göyüşzadə və şəxsiyyəti məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026