Salyanda evdə yanğın olub.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Həsənli kəndində ümumi sahəsi 128 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 78 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.















