• Bakı 16° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda polis özünü GÜLLƏLƏDİ - YENİLƏNİB

HADİSƏ

13 May 2022 | 15:40

Azərbaycanda polis özünü GÜLLƏLƏDİ - YENİLƏNİB

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı İ.Qasımovun DYP zabiti imiş.

Bakıvaxtı.az xəbər verir ki, “qafqazinfo.az”ın əldə etdiyi məlumata görə, xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə xəsarətindən ölən 1994-cü il təvəllüdlü İ.Qasımov Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru vəzifəsində çalışıb. Baş leytenant rütbəsini daşıyan 28 yaşlı İ.Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İ.Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

14:36

Azərbaycanda polis özünü silahla vuraraq öldürüb.

Bu barədə Bakıvaxtı.az-a  DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, mayın 13-də Füzuli rayonun Horadiz qəsəbəsində baş verib. Belə ki, Füzuli Polis Şöbəsinin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Ramid İbrahimov


SON XƏBƏRLƏR