• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Koronavirus sonda artritlərlə nəticələnə bilər

CƏMİYYƏT

27 Sentyabr 2022 | 06:10

Koronavirus sonda artritlərlə nəticələnə bilər

Koronavirusdan sonrakı dövrdə autoimmun proseslər inkişaf edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, həkimlər postkovid dövründə daha çox revmatoid artrit, artroz və dağınıq skleroza rast gəldiklərini deyib.

Koronavirusla mübarizədə zülalların infeksiya ilə savaşması nəticəsində immunitetin funksiyası dəyişə bilər.

Yeni elmi araşdırma göstərib ki, çox pasiyentlərdə koviddən sağaldıqdan sonra autoimmun xəstəliklər yaranıb.

Bu zaman aktiv immunitet səhvən öz sağlam toxumalaına hücum edir.

Ən məşhur autoimmun xəstəliklər - revmatoid artrit, dağınıq skleroz və qırmızı qurd eşənəyidir.

Kanadada 2020-2021-ci illərdə kovidə yoluxmuş 106 nəfərin qan analizləri göstərib ki, koviddən sonra yaranmış antitellərin sağlam hüceyrə və toxumalara hücum etdiyi görünüb.

80% xəstələrdə 1 və ya 2-3 antitel aşkarlanıb

.Amma 1 il sonra onların miqdarı 40% düşüb.

Antitellər uzun müddət aktiv olan xəstələrdə autoimmun proseslər başlayıb./medicina.az/


SON XƏBƏRLƏR