• Bakı 21° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Kosmosdan şəkil deyil, kolbasadır

CƏMİYYƏT

05 Avqust 2022 | 15:32

Kosmosdan şəkil deyil, kolbasadır

Fransız fizik və elm filosofu Etyen Klein dezinformasiyaya diqqət çəkmək üçün maraqlı sosial media təcrübəsi yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, 64 yaşlı alim iyulun 31-də "Twitter" sosial şəbəkəsində paylaşdığı şəklin James Webb teleskopundan çəkildiyini və Günəşdən 4,2 işıq ili uzaqlıqdakı bir ulduza aid olduğunu bildirib. Lakin Kleinin "Twitter"dəki 91 min izləyicisi həqiqəti öyrəndikdə şoka düşüb.

Məlum olub ki, bu, əslində kolbasa fotosudur. Klein 3 gün sonra açıqlama verərək, sosial mediada yayılan dezinformasiyaya diqqət çəkmək üçün belə bir paylaşım etdiyini etiraf edib və izləyicilərindən üzr istəyib.

Kleinin zarafatı bəzi izləyicilərinin böyük reaksiyasına səbəb olub.

Aytac Aslan


SON XƏBƏRLƏR

19 Aprel 2024