• Bakı 14° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Lukaşenko Özbəkistana gedəcək

 

CƏMİYYƏT

07 Fevral 2024 | 14:30

Lukaşenko Özbəkistana gedəcək

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko fevralın 7-9-da bu ölkədə rəsmi səfərdə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan PA məlumat yayıb.

Danışıqlar zamanı Özbəkistan-Belarus çoxşaxəli əməkdaşlığının daha da genişləndirilməsinin praktiki aspektləri nəzərdən keçiriləcək.

Qarşılıqlı ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi, əczaçılıq, rabitə və digər sahələrdə kooperasiya əlaqələrinin inkişaf etdirilməsi diqqət mərkəzindədir. Peşə təhsili, səhiyyə, mədəniyyət, idman və turizm sahələrində tərəfdaşlığın inkişafı proqramları da müzakirə olunacaq.

Danışıqların nəticələrinə əsasən, ikitərəfli sənədlər paketinin qəbulu planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026