• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Paşinyan partiyadaşları ilə iclas keçirdi

CƏMİYYƏT

08 Mart 2024 | 13:32

Paşinyan partiyadaşları ilə iclas keçirdi

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə ölkənin hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları ilə qapalı iclas keçirib.

Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, Ermənistan hökumətinin rəsmilərinin də iştirak etdiyi iclasda ölkənin iqtisadi inkişafı ilə əlaqədar məsələlər müzakirə olunub.

Xatırladaq ki, martın 6-da Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputatlar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı parlamentdə qapalı görüşə çağırıb.

Ermənistan KİV deputatların Qriqoryanla Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlüyə namizədlik məsələsini müzakirə edəcəyini yazıb.

Qeyd edək ki, Ermənistan KİV ölkənin baş naziri Nikol Paşinyanın payıza qədər Avropa İttifaqına üzvlüyə namizədlik üçün müraciət etmək istədiyini yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026