• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Madər Musayevin ölüm səbəbi məlum oldu - YENİLƏNİB

CƏMİYYƏT

14 Iyul 2023 | 14:55

Madər Musayevin ölüm səbəbi məlum oldu - YENİLƏNİB

Bu gün rəhmətə gedən deputat Madər Musayevin ölüm səbəbi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, bir müddət əvvəl deputat yıxılıb və ciddi sınıq xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Ancaq müalicələr effekt vermədiyindən, M.Musayevdə ağciyər və böyrək çatışmazlığı yaranıb. Nəticədə deputat bu gün bəfat edib.

***

13:02

Deputat Madər Musayev 75 yaşında dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, o, bir müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Xatırladaq ki, bir neçə gün öncə Madər Musayev ayağından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş və əməliyyat olunmuşdu.

Qeyd edək ki, Madər Musayev 26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olun. Moskva Koperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirin. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971-ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləyib. 1986–1995-ci illərdə "Bahar" ticarət mərkəzinin müdiri vəzifəsində çalışıb.

XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I , II, III, IV, V və VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

"Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.

25 noyabr 2022-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026