• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Mağazadan 24 min manatlıq telefon oğurladı - VİDEO

HADİSƏ

22 Noyabr 2022 | 12:22

Mağazadan 24 min manatlıq telefon oğurladı - VİDEO

Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib. Naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.

Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.

Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.


Mağazadan 24 min manatlıq telefon oğurladı - VİDEOMağazadan 24 min manatlıq telefon oğurladı - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026