• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Maştağada avtomobil aşdı -  Ölən var

HADİSƏ

31 Mart 2023 | 09:10

Maştağada avtomobil aşdı - Ölən var

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, qəza Maştağa qəsəbəsində qeydə alınıb.

2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobillə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb.

Hadisə zamanı sürücü aldığı xəsarətlərdən ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hazırda qəzanın dəqiq səbəbləri Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026