• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Mbappe rekorda imza atdı

İDMAN

23 Mart 2021 | 19:16

Mbappe rekorda imza atdı

Futbol üzrə Fransa Birinci Liqasının 30-cu turunda "Pari Sen-Jermen" (PSJ) "Lion"un qonağı olub.

Bakıvaxtı.az xəbər verir ki, görüş Liondakı "Stad de Lümer" stadionunda keçirilib və qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Kilian Mbappe dubl edib, digər qolları Danilu və Anxel Di Mariya vurub. "Lion"un heyətində isə İslam Slimani və Maksvell Korne fərqləniblər.

Qeyd edək ki, bununla 22 yaşlı Mbappe rekorda imza atıb. O, Fransa çempionatında özünün 100-cü qolunu vurub. Mbappe bu göstəriciyə nail olan ən gənc futbolçudur.

Ümumilikdə isə Mbappe Birinci Liqanın cari mövsümündə 24 matçda iştirak edib və 18 qol vurub, həmçinin 6 məhsuldar ötürmə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026