• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ÇL-in taleyi ilə bağlı iki variant - PSJ qalib elan oluna bilər

İDMAN

20 Aprel 2021 | 14:15

ÇL-in taleyi ilə bağlı iki variant - PSJ qalib elan oluna bilər

UEFA Avropa Superliqasının qurucu klublarının Çempionlar Liqasından kənarlaşdırılmasının mümkünlüyünü müzakirə edəcək.

Yarımfinalçılar "Mançester Siti", "Real" və "Çelsi" yeni turnirdə iştirak edəcəklərini açıqlayıb.

"Bild" nəşri yazıb ki, UEFA bu mövsüm Çempionlar Liqasındakı qələbənin avtomatik olaraq digər yarımfinalçı PSJ-yə verilməsi variantını düşünür. Paris klubu Superliqa layihəsinə qoşulmayıb.

UEFA-da müzakirə olunan başqa bir ssenari, 1/4 finalda mübarizədən kənarlaşdırılan "Bavariya", "Borussiya" Dortmund və "Portu"nun turnirə qaytarmağı əhatə edir. Yekun qərar UEFA İcraiyyə Komitəsi tərəfindən cümə günü veriləcək.

Qeyd edək ki bundan əvvəl UEFA prezidenti Aleksander Çeferin Avropa Superliqanı kəskin tənqid etmişdi./qol.az/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026