• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İtkin düşən qardaşlar tapıldı - YENİLƏNİB

HADİSƏ

22 Aprel 2023 | 19:04

İtkin düşən qardaşlar tapıldı - YENİLƏNİB

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Xatırladaq ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

16:25

“Xaçmazda itkin düşən iki qardaşın tapılması üzrə axtarışlar davam edir”.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Hazırda onların tapılması istiqamətində axtarışlar davam etdirilir”.

 

14:09

Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu  açıqlamasında məktəblilərin atası Tural Muradov bildirib.

"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər", - o söyləyib.  /Report

 

11:09

DİN Xaçmazda itkin düşən iki qardaşın axtarışı barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.
 

10:49

Xaçmazda iki məktəbli itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, Xaçmaz şəhər sakinləri, 9 saylı məktəbin 10-cu sinif şagirdi Nicat Muradov və onun qardaşı, 7-ci sinif şagirdi Kənan 3 gün öncə dərsdən çıxıb və evə qayıtmayıblar.

Onları görən şəxslərdən bu barədə polisə və ya (055/070) 234-50-30 mobil nömrələrinə məlumat vermələri xahiş olunur. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026