• Bakı 14° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bakıda zəncirvari qəza - Xəsarət alan var

HADİSƏ

21 May 2023 | 23:46 | Müəllif: Subhan Mahmudov

Bakıda zəncirvari qəza - Xəsarət alan var

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

Bakıvaxtı.az bildirir ki, yol-nəqliyyat hadisəsi Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, kəsişmədən keçən "Mercedes" markalı nəqliyyat vasitəsi Əsəd Əhmədovdan gələn "Toyota" markalı maşına çırpılıb.

Eyni istiqamətdən gələn "Hyundai" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək maşınını "Toyota"ya çırpıb.

Zərbənin təsirindən "Toyota" Abbas Mirzə Şərifzadə küçəsində olan "Changan" markalı maşına dəyib.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Üç avtomobilə ciddi ziyan dəyib.

Fakt araşdırılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026