• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Məktəbli qız oğurlandı - İDDİA

HADİSƏ

24 Sentyabr 2022 | 19:28

Məktəbli qız oğurlandı - İDDİA

Şəki şəhərində yerləşən məktəbdə təhsil alan aşağı sinif şagirdinin oğurlanmasına cəhd olunub.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, 40 yaşlı kişi məktəbdən qayıdan uşağı aldadaraq oğurlamağa cəhd edib, amma yaxınlıqdakı insanlar onu xilas ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, sosial şəbəkələrdə, bəzi kütləvi informasiya vasitələrində Şəki şəhərində yerləşən tam orta məktəbdə təhsil alan aşağı sinif şagirdinin guya naməlum şəxslər tərəfindən oğurlanmasına cəhd göstərilməsi ilə bağlı həqiqəti əks etdirməyən və valideynlər arasında da təşviş yarada biləcək informasiyalar paylaşılıb:

"Səsləndirilən iddiaların hər biri araşdırılıb, lakin qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Həmçinin, bu kimi məsələlərlə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də vətəndaşlar tərəfindən şikayət daxil olmayıb.

Bir daha diqqətə çatdırırıq ki, istər təhsil müəssisələrinin qarşısında, istərsə də rayon ərazisində asayişin təmin olunması, baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür. Sakinlər xoşagəlməz hallarla rastlaşdıqları təqdirdə ərazi polis orqanına və yaxud Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər".


SON XƏBƏRLƏR

18 Mart 2024