• Bakı 15° C

    7.38 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Gəncədə poliklinikanın tavanı çökdü -  İşçilər təxliyə olundu + YENİLƏNİB

HADİSƏ

24 Oktyabr 2022 | 14:16

Gəncədə poliklinikanın tavanı çökdü - İşçilər təxliyə olundu + YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində tibb müəssisəsində tavanın çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Bakıvaxtı.az-a bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.

İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM fəaliyyətini davam etdirir.

 

12:40

Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.

Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.


Gəncədə poliklinikanın tavanı çökdü - İşçilər təxliyə olundu + YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR