• Bakı 25° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Mən ki “KQB”də işləmişəm..." - Putin

DÜNYA

12 Sentyabr 2023 | 13:07

“Mən ki “KQB”də işləmişəm..." - Putin

Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı Sovet İttifaqının Dövlət Təhlükəsizliyi Komitəsində (KQB) işləməsini xatırladıb. 

Bakıvaxtı.az xəbər verir ki, Putin bu barədə iclasın moderatorunun bu il Çin sədri Si Cinpinlə apardığı danışıqların yekununa dair sualına cavab verərkən danışıb. 

“Mən ki “KQB”də işləmişəm, sirləri açmıram”, - deyə Rusiya lideri qeyd edib. 

Xatırladaq ki, Si Cinpinin Rusiyaya rəsmi səfəri çərçivəsində martın 21-i Kremldə Rusiya-Çin danışıqları baş tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026