• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Mənşəyi məlum olmayan hepatit halları araşdırılır - ÜST

DÜNYA

27 Aprel 2022 | 08:36 | Müəllif: Qalib İbrahimoğlu

Mənşəyi məlum olmayan hepatit halları araşdırılır - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mənşəyi məlum olmayan hepatit hallarını fəal şəkildə araşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu ÜST-nin baş elmi işçisi Filippa İsterbruk bildirib.

Onun sözlərinə görə, indiyədək dünyada mənşəyi məlum olmayan 160-a yaxın kəskin hepatit halı təsdiqlənib, onlar mütəxəssislər tərəfindən fəal şəkildə araşdırılır /report/:

“Bu xəstəliyin bir sıra müxtəlif amilləri, mümkün yoluxucu və qeyri-infeksion mənbələrini nəzərdən keçiririk. Biz ölkələr tərəfindən bizə bildirilən həm köhnə, həm də yeni halları araşdırırıq”.

Mütəxəssis aydınlaşdırıb ki, hazırda kəskin viral hepatitlərə (A, B, C, D və E) səbəb olan viruslar aşkar edilməyib. Mədə pozğunluğu və ya qastroenteritə (mədə və nazik bağırsağn selikli qişasının iltihabı) səbəb olduğu bilinən heç bir bakteriya və ya virus müəyyən edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026