• Bakı 20° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Məşhəd və Təbrizdə “Bəsic” üzvləri öldürüldü

DÜNYA

22 Sentyabr 2022 | 14:23

Məşhəd və Təbrizdə “Bəsic” üzvləri öldürüldü

İranda Məhsa Əminin “Əxlaqi Təhlükəsizlik Polisi”nin nəzarətində ölməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu statistika sırf son bir neçə gün ərzində mediada və sosial şəbəkələrdə dərc olunan videogörüntü və xəbərlərə əsaslanır.

İranda dünən gecədən başlayaraq internetə, xüsusən də “Instagram” və “WhatsApp”a giriş məhdudlaşdırılıb.

Məşhəd və Təbrizdə “Bəsic” qüvvələrinin iki üzvü bıçaqlanaraq öldürülüb. Eyni zamanda, etirazçılar Təbrizdə məscid və polis bölməsini yandırıb.

Bundan başqa, ötən gecə Qum şəhərində təhlükəsizlik qüvvələri və xüsusi təyinatlıların sayı artırılıb. Etirazçıların çəkiliş aparmasına maneə yaradılıb.

Kirmanşah şəhərində isə etirazlarda 2 nəfər ölüb, 25 nəfər yaralanıb. /APA


SON XƏBƏRLƏR