• Bakı 12° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Məşhur aktyor xəstəxanaya yerləşdirilib

ŞOU

10 Yanvar 2025 | 16:22

Məşhur aktyor xəstəxanaya yerləşdirilib

Ötən ilin sonunda 75 yaşını qeyd edən məşhur rusiyalı aktyor və müğənni Mixail Boyarski Sankt-Peterburqda xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, SHOT Telegram kanalının məlumatına görə, aktyor Mariinski xəstəxanasına aparılıb. O, kardiologiya şöbəsinə yerləşdirilib. İlkin məlumatlara görə, M.Boyarski ürəyin işemik xəstəliyi səbəbindən xəstəxanaya düşüb.

Sənətçi mətbuata açıqlamasında vəziyyətinin təfərrüatlarını açıqlamaqdan imtina edərək, səhhətini yalnız yaxınları ilə müzakirə etdiyini söyləyib.

Xatırladaq ki, 2023-cü ilin yanvarında Boyarski infarktla xəstəxanaya yerləşdirilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026